DünyaİranSiyasət

Beynəlxalq Atom Enerjisi Agentliyi İrana kəskin etiraz edib

Aznews.tv Anadolu Agentliyinə istinadən xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) məlumatına görə, İran hakimiyyəti təşkilatın müfəttişlərindən birinin ölkəni tərk etməsinə mane olur.

“İran MAQATE müfəttişinin bu ölkəni tərk etməsinə mane olur”,- deyə MAQATE-nin müvəqqəti rəhbəri Kornel Fruta təşkilatın İdarə Heyəti üzvləri ilə keçirdiyi iclada bildirib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin Twitter səhifənə görə, o habelə qeyd edib:

“Bu addım qəbuledilməzdir və baş verməməlidir. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəsmiləri məsələni aydınlaşdırmaq üçün İran rəsmiləri ilə əlaqə saxlayırlar”.

Digər tərəfdən, İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki səfiri Kazem Qəribabadi deyib: “MAQATE müfəttişlərindən biri keçən həftə İsfahandakı Nətənz atom elektrik stansiyasına daxil olarkən üzərində “təhlükəli material” aşkarlanıb, ancaq o həbs olunmayıb və İrandan çıxarılıb”.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close