İdmanİran

Beynəlxalq Cüdo Federasiyası iranlı cüdoçunun ailəsinə qarşı siyasi təzyiqlərlə bağlı araşdırma aparır

Aznews.tv “BBC”yə istinadən xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası təcili toplantı keçirərək cüdo üzrə İran çempionu Səid Mollayinin və ailəsinin siyasi təzyiq və təhdidlərin qurbanı olub-olmadığını araşdırır.

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Viser Yaponiyanın Asahi Şimbun qəzetinə açıqlamasında Mollayinin yaranmış vəziyyət  barədə sözügedən Federasiyaya məlumat verdiyini və İran hakimiyyətinin onu israilli rəqibi ilə yarışmaqdan imtina etməyə məcbur etdiyini və hətta ailəsinə təzyiq göstərdiyini açıqlayıb.

Viser qəzetə açıqlamasında bildirib ki, Səid Mollayi hazırda Almaniyadadır. Məlumatlara görə, qurum həmçinin bildirib ki, Mollayi 2020-ci ildə keçiriləcək Tokio Olimpiya Oyunlarında Beynəlxalq Olimpiya Komitəsinin və qaçqınlar komandasının bayrağı altında iştirak edə bilər.

Beynəlxalq Cüdo Federasiyası İran cüdoçusuna dəstək olaraq öz Twitter ünvanını ‘mən Mollayini dəstəkləyirəm həştəqinə’ dəyişib.

Bundan əvvəl İranın İdman və Gənclər naziri Məsud Soltanifərd İran mediasına Səid Mollayinin ölkəyə qayıtmamasının ardınca ailəsinin girov götürülməsi ilə bağlı sualları cavablandırarkən demişdi: “Sizin ailəniz girov götürülüb? Deməli, Mollayinin ailəsinə qarşı da belə bir hadisə baş verməyib”.

O habelə bildirib: “Dünya Cüdo Federasiyasının problem yaratmağa çalışması ilə bağlı şübhəli davranışları bizə məlumdur”.

Qeyd edək ki, Səid Mollayi 81 kg çəki dərəcəsində mübarizə aparır. Bu çəkidə onunla yanaşı, İsrail cüdoçusu Sagi Muki də çıxış edir və Mollayi kimi, o da bu çəkidə çempionluğa əsas namizəddir.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button