Dünyaİran

“Reuters”: Xamenei Amerikadan daha çox imtiyaz alacağına inanır

“Reuters” ajansı Viyən danışıqları və İranın ehtimal edilə biləcək qərarları ilə bağlı yazı dərc edib. Məqalədə bildirilib ki, Qərb dövlətləri İran məqamlarının bu danışıqlarda heç bir səlahiyyətinin olmadığı inamma gəliblər. Ancaq Əli Xa:məneyinin Amerikadan daha çox imtiyaz gözləntilərinin olduğu vurğulanıb. Buna görə də dini liderin prezident seçkilərindən öncə Viyən danışıqları ilə ilgili qərar vermək niyyətində olmadığı qeyd edilib.
Bundan başqa, yazıda “BƏRCAM” atom anlaşması ilə bağlı müəyyən məqamlara da aydınlıq gətirilib. Vurğulanıb ki, bu müzakirələrdə rəsmi Vaşinqtonla Tehran arasında ciddi fikir ayrılıqları var.
Xatırladaq ki, Amerikanın Dış İşləri baxanı Antoni Blinken “NBC News”a verdiyi müsahibəsində ölkəsinin atom anlaşması ilə bağlı İranın hansı qərarı verib-verməyəcəyi barədə məlumatlı olmadığını diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button