İqtisadiyyatİran

Beynəlxalq Valyuta Fondu: İranın iqtisadi artımı bu il mənfi 9.5 faiz səviyyəsindədir

Aznews.tv “Azadlıq radiosu”na istinadən xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) oktyabrın 15-də yayımladığı hesabatda İranın cari il üçün iqtisadi artımının 9.5 faiz mənfi olacağını proqnozlaşdırıb.

Qlobal iqtisadiyyatın perspektivlərini araşdıran hesabatda deyilir ki, İranın 2018-ci ildə mənfi artım tempi 4.8 faiz, gələn il üçün isə sıfır faiz olacaq.

BVF-nun statistikasının detalları İranın Venesueladan sonra dünyada ən aşağı iqtisadi artımı olacağını göstərir.

BVF-nun hesabatı Dünya Bankının İranın bu il üçün iqtisadi artımının mənfi 8.7% səviyyəsində olacağını proqnozlaşdırmasından bir həftə sonra dərc edilib.

Əlbəttə ki, Dünya Bankı, İranın neft ixracatının gündəlik 500 min barelə yaxın olacağını və bu həcmin davam edəcəyini güman edərək proqnozlaşdırmışdı, halbuki, neft tankerlərinin izləmə şirkətlərinin rəqəmləri göstərir ki, son bir neçə ay ərzində İranın neft ixracı gündəlik 300 min bareldən aşağı düşüb ki, bunun da əsas hissəsi Azadegan və Yadavəran yataqlarının işlənilməsi müqabilində Çinin CNPC və SINOPEC şirkətlərinə olan borclarını ödəmək üçün bu ölkəyə nəql edilir, qalan hissəsi isə Suriyaya göndərilir.

Suriyanın İrandan aldığı neftə görə pul ödəyib-ödəmədiyi məlum deyil.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close