Bəyanatda dinc mübarizə aparan azərbaycanlı fəalın özbaşına həbs edildiyi və ədalətsiz mühakimə olunduğu vurğulanıb, ona həbsxanada vaxtında tibbi xidmət göstərilməməsi tənqid olunub.
Beynəlxalq təşkilat İran hakimiyyətindən azərbaycanlı işçi hərəkatı fəalının qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edib:
“İran hakimiyyəti beynəlxalq hüquqa sadiqliyini pozaraq, müstəqil həmkarlar ittifaqlarının fəaliyyətinin qarşısını almağa, işçilər və işçi haqları fəallarından ədalətsiz məhkəmələr və həbslərlə qisas almağa davam edir”.
