Site icon Aznews TV

Beynəlxalq Əfv Təşkilatı İranla bağlı bəyanat yaydı

Bu barədə təşkilatın sosial media paylaşımında bildirilib.

Beynəlxalq təşkilatın Yaxın Şərq və Şimali Afrika üzrə sədr müavini Diana Əl Təhavi sözügedən qanun layihəsini İranda qadınların hüquqlarının iyrənc fortmada pozulması hesab edib.

Bunu iranlı qadın və qızların hüquqlarına təcavüz adlandıran D.Əl Təhavi qanun layihəsini qadınlara qarşı ayrı-seçkiliyin bariz nümunəsi adlandırıb.

Qeyd edək ki, sentyabrın 20-də İran parlamenti məcburi hicab qaydalarının tətbiqi ilə bağlı yeni qanun layihəsini təsdiq edib.

Yeni qanuna görə, hicab qaydalarına riayət etməyən qadınlara qarşı cəzalar sərtləşdirilib, daha ağır həbs və cərimə cəzalarının tətbiqi nəzərdə tutulub.

Exit mobile version