Site icon Aznews TV

Beynəlxalq Əfv Təşkilatı:”İranda gənc və yeniyetmələr qorxulu işgəncələrə məruz qalıblar”

“İran hökuməti etirazları yatırmaq və narazıları susdurmaq üçün gənc və yeniyetmələrə qarşı dəhşətli işgəncə növlərinə, hətta cinsi zorakılığa əl atıb”-hesabatda belə deyilir.

“Uşaqlara və yeniyetmələrə qarşı bu cür zorakılığın tətbiqi İranda gəncləri sıxışdırmaq və bu ölkədə azadlıq və insan haqları tələbinin qarşısını almaq üçün qəsdən həyata keçirilən strategiyadır”,- qeyd edilib.

Beynəlxalq Əfv Təşkilatının Almaniya üzrə nümayəndəsi və İran məsələləri üzrə eksperti Diter Karq, bütün ölkələri, o cümlədən Almaniyanı İran hakimiyyətini bu cinayətlərə görə məsuliyyətə cəlb etmək üçün ciddi tədbirlər görməyə çağırıb. (Axar.az)

Exit mobile version