Site icon Aznews TV

Beynəlxalq velosiped yarışı bu gün ŞUŞADA başa çatacaq

beşinci – sonuncu mərhələ Beyləqandan Şuşaya doğru nəzərdə tutulub.
Velosipedçilər Beyləqan Rayon İcra Hakimiyyətinin qarşısından Şuşa şəhərinin girişinə qədər 134,9 km məsafə qət edəcəklər. Bununla da yarışın ümumi qalibi müəyyənləşəcək.
Qeyd edək ki, iyunun 7-də Bakıdan start götürən “Əziz Şuşa” beynəlxalq velosiped yarışına hazırda italiyalı Emanuele Ansaloni liderlik edir.
Turnirin nəticələrinə əsasən, velosipedçilər Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazana biləcəklər.
Exit mobile version