Site icon Aznews TV

Binablı fəal həbs edilib

Bu barədə onun ailə üzvləri sosial mediada məlumat yayıblar.

Minayinin avqustun 7-i günortadan sonra Binabın Axund Qışlaq kəndindəki ata evində təhlükəsizlik məmurları tərəfindən saxlanıldığı bildirlib.

Onun hara aparıldığı və nəyə görə  ittiham olunduğu barədə məlumat verilməyib.

Qeyd edək ki, Azərbaycan dili və mədəniyyəti, ətraf mühit problemləri, xüsusilə, Urmiya gölü ilə bağlı fəaliyyətlərinə görə, Səid Minayi bundan öncə də bir neçə dəfə həbs edilib.

Onun son həbsinin Urmu gölü ilə bağlı fəaliyyəti – yazıları və sosial mediadakı çağırışları ilə bağlı olduğu ehtimal edilir.

Exit mobile version