Elm & Texnologiyaİran

Biz yerli marka məhsullarını inkişaf etdirmək niyyətindəyik – Xiyabani

Türkiyə arabaları və sənayesi üçün İranda bir şəhər qurulub.

Aznews.tv xəbər verir ki, bu barədə Sənaye, Mədən və Ticarət nazirinin müavini Hüseyin Modərres Xiyabani məlumat yayıb. O, İran və Türkiyə ortaq avtomobil istehsalını elan edib və Türkiyə ilə avtomobil və sənaye mallarının istehsalı sahəsində ortaq bir ticarət razılaşmasının əldə olunduğunu söyləyib:

“Biz yerli marka məhsullarını inkişaf etdirmək niyyətindəyik. Bölgə ölkələri, o cümlədən Türkiyə ilə vəsait toplayıb, birgə istehsal etmək üçün addımlar atdıq. İran və Türkiyə arasında ortaq bir istehsalın başlandığını, eləcə də bazara çıxarılacağına ümid edərək avtomobil və digər türk sənaye məhsulları üçün istehsal xəttini işə salmaq məqsədi ilə İranda bir şəhər qurduq. Hazırda Türkiyə ilə maşın daxil olmaqla sənaye mallarının istehsalına dair ortaq bir kommersiya sazişi icra mərhələsindədir. Yaxın gələcəkdə tətbiq ediləcək”.

Onun sözlərinə görə, hökumət avtomobil idxalı məsələsində heç bir dəyişiklik qəbul etməyib. İlin ikinci yarısında da ölkəyə lüks və ya xarici avtomobilin idxalı qadağandır.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close