Site icon Aznews TV

Blinken İsrailin müdafiə naziri ilə bir sıra təhlükəsizlik məsələlərini müzakirə edib

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays məlumat verib.

Danışıqların yekunlarına dair açıqlama verən Prays bildirib ki, tərəflər İran və Fələstin-İsrail münaqişəsini müzakirə edib.

Diplomatın sözlərinə görə, Blinken və Hans bir sıra ümumi təhlükəsizlik məsələlərini, o cümlədən İranın yaratdığı təhdidləri, həmçinin ABŞ-ın İsrailin təhlükəsizliyinə dəstəyini müzakirə ediblər.

“Dövlət katibi Blinken administrasiyanın israillilər və fələstinlilərin bərabər təhlükəsizlik, azadlıq və demokratiya şərtlərinə layiq olduğuna inandığını təkrarladı”, – deyə Prays bildirib.

Exit mobile version