Site icon Aznews TV

BMT: “2023-cü ildə 70 milyondan çox insan aclıq problemi ilə üzləşə bilər”

Bunu BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş iqtisadçısı Maksimo Torero bildirib.

“Aqrar-sənaye sektoru hazırda ciddi qeyri-müəyyənlik vəziyyətindədir. Əgər Ukraynadakı vəziyyətin təsirini proqnozlaşdırsaq, o zaman 2022-ci ildə xroniki qida çatışmazlığı ilə üzləşən ən azı 40 milyon insan olacaq”, – Torero bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə 70 milyondan çox insan aclıq problemi ilə üzləşə bilər.

Qeyd edək ki, “Bloomberg”in yazarı Amanda Littl də bildirib ki, ABŞ-da artan aclıq epidemiyası müvəqqəti problemdən davamlı reallığa çevrilir. Onun sözlərinə görə, 2021-ci ildə hər altı amerikalıdan biri ərzaq banklarına kömək üçün müraciət edib:

“Bu, 2019-cu ildəki 40 milyon insan sayı ilə müqayisədə 53 milyon nəfər deməkdir. Pandemiyanın səngiməkdə olmasına baxmayaraq, ABŞ-da ac insanların sayı artmaqda davam edir”. (report.az)

Exit mobile version