Site icon Aznews TV

BMT baş katibinin İnsan Haqları Şurasına hesabatı: İran üç ayda 100-dən çox insanı edam edib

BMT baş katibinin insan haqları üzrə müavini Nada əl-Naşif iyunun 31-də Antonio Quterreşin İranla bağlı son hesabatını BMT-nin İnsan Haqları Şurasına təqdim edib. O, 2020-ci ildə İranda 260 məhkumun edam edildiyini, bunun 2021-ci ildə 14-ü qadın olmaqla 310 nəfərə çatdığını söyləyib.

BMT baş katibinin insan haqları üzrə müavini daha sonra bu artım tendensiyanın davam etdiyini və təkcə 2022-ci ilin birinci rübündə, yəni yanvarın 1-dən martın 20-dək İslam Respublikasında ən azı 105 nəfərin edam hökmünün icra olunduğunu və onların bir çoxunun azlıq qruplarına mənsub olduqlarını bildirib.

Exit mobile version