Site icon Aznews TV

BMT: “Çin hökuməti Şərqi Türküstanda bəşəriyyətə qarşı cinayət törədir”

BMT-nin köləlik üzrə ekspertinin bu həftə uyğurlarla bağlı həqiqəti açıqlaması rəsmi Pekinin qəzəbinə səbəb olub.

Ekspert uyğurların və digər müsəlman azlığının Çin tərəfindən məcburi əməyə cəlb edilməsi qənaətinə gəlib. BMT-nin müasir köləliyin formaları üzrə nümayəndəsi Tomoya Obokata twitter hesabındakı paylaşımında qeyd edib: “Xüsusi məruzəçi Çinin Sincan-Uyğur bölgəsində uyğur, qazax və digər etnik azlıqların kənd təsərrüfatı və digər sahələrdə məcburi əməyə məruz qoyulması qənaətini ağlabatan hesab edir”.

Qeyd edək ki, özünü müsəlmanların himayədarı kimi təqdim edən İran isə müsəlmanların qanlı düşmənləri, o cümlədən Çin və Ermənistanla strateji müttəfiqlik edir, öz siyasi və iqtisadi maraqlarına görə onların müsəlmanlara qarşı törətdiyi vəhşiliyə və cinayətlərə göz yumur.

https://bit.ly/3AAMv2s

Exit mobile version