Site icon Aznews TV

BMT ekspertləri İrandan dini azlıqlara qarşı basqıları dayandırmağı tələb edib

“Biz əsassız həbslərin artması və bəzi hallarda bəhai dini mənsublarının oğurlanması, onların əmlakının məhv və ya müsadirə edilməsindən narahatıq. Bütün bunlar sistematik təqiblərin əlamətləridir”-deyə, avqustun 22-də dərc olunan bəyanatda bildirilib.

Bəyanatda bu hərəkətlərin tək-tək hallarda deyil, xristianlığı qəbul edənlər, Qonabadi dərvişləri və ateistlər də daxil olmaqla, hər hansı fərqli və müxalif dini inanca sahib olanların hamısına qarşı həyata keçirilən repressiya siyasətinin bir hissəsi olduğu qeyd edilib.

“İran hakimiyyəti dini azlıqları və müxalif fikirli insanları susdurmaq, onları evlərindən qovmaq üçün casusluq və ya milli təhlükəsizliklə bağlı ittihamlar kimi qeyri-müəyyən ittihamlardan istifadə etdiyi halda beynəlxalq ictimaiyyət səssiz qala bilməz”-deyə, BMT-nin ekspertlərinin bəyanatında yazılıb.

Qeyd edək ki, son aylar bəhailərə qarşı repressiyalar artıb və onların əmlaklarının dağıdılması, müsadirə edilməsi. gənc bəhai öyrəncilərin Universitetə buraxılmaması halları çoxalıb.

İran hökuməti onlarla bəhani həbs edərək onlara qarşı qondarma ittihamlar irəli sürüb və heç bir sübut olmadan onları İsrailə casusluqda günahlandırıb.

Exit mobile version