Dünyaİran

BMT İranda insan haqlarının pozulmasını pislədi

Birləşmiş Millətlər Təşkilatının Üçüncü Komitəsi qətnamə yayaraq İranda insan haqlarının pozulmasını pisləyib.

Aznews.tv xəbər verir ki, təşkilat özbaşına həbslər, həbsxanaların şəraiti, ölkədə xanımlara təzyiq və dini azlıqlara qarşı qruplaşmış şəkildə təqiblərin davam etməsindən dərin nigarançılığını bildirib.

Layihəsi Kanada tərəfindən hazırlanan bu qətnamə üzvlərin 84 müvafiq rəyi ilə təsvib edilib.

ABŞ, Britaniya, İspaniya, İsveç, Suis, Hollandiya, Slovakiya, Ukrayna, Finlandiya, Fransa, Danimarka və Almaniya bu qətnaməyə müsbət rəy verən Qərb ölkələrindəndir.

Ərəb ölkələrindən və Orta Şərq bölgəsindən isə Ərəbistan, BƏƏ və Bəhreyn bu qətnaməyə müsbət rəy verənlər arasında görünür.

6 səhifəlik bu qətnamə “düşüncə, din və etiqad azadlığının kəskin məhdudlaşdırılması” və eləcə də dini azlıqlara, o cümlədən, bəhayilərə, Qunabadlı dərvişlər və sufilərə qarşı artan təzyiqə görə nigarançılıq bildirib.

Bu qətnamə Birləşmiş Millətlər Sazmanının İranda insan haqları üzrə quzarişgəri Cavid Rəhmanın iki quzarişi əsasında hazırlanıb. Sənəddə deyilir ki, bəhayilər İranda hökümətin rəsmi tanımadığı bir dinin ardıcılları olaraq ən qəddar növ zülm və təqiblərə məruz qalıblar.

Qətnamə İrandan qovmi və dini azlıqlara qarşı təzyiqin bütün növlərinə son qoymağı istəyir. Zindanda həbs çəkən xanım haqlarının fəallarının azad edilməsi, xanımlara qarşı təzyiqli qanunların ləğvi, zindanlarda şəraitin yaxşılaşması, məhbuslar üçün müalicə imkanlarının yaradılması, söz azadlığına görə həbs edilən bütün vətəndaşların azad edilməsi həmin qətnamənin təkid etdiyi tələblərdəndir.

İranın qonşu ölkələri Ermənistan, Əfqanıstan, İraq, Türkmənistan və Pakistan qətnaməyə mənfi rəy veriblər.

Çin, Kuba, Liviya, Qırğızıstan, Serbiya, Oman, Özbəkistan, Venesuela, Vyetnam, Hindistan, Rusiya, Filippin və Suriyə qətnaməyə müxalif olan digər ölkələrdir.

Related Articles

Bir cavab yazın

Back to top button