Cəmiyyətİran

BMT İranda uşaq edamını tənqid etdi

Uşaq yaşlarında olan iki nəfərin edam edilməsi beynəlxalq insan haqları qanunlarına əsasən qadağan edilib.

Bu sözləri Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali komisarı Mişel Baçelet deyib. O, İranda son günlərdə yetkinlik yaşlarında qanun pozuntusu etdiklərinə görə məhkum edilmiş iki nəfərin edam edilməsini sərt intiqad edib.

Açıqlamada, Şayan Səidpurun aprelin 21-i Saqqızda, Məcid İsmayılzadənin isə aprelin 18-i Ərdəbil həbsxanasında edam edildiyi bildirilib.

Mişel Baçelet uşaq yaşlarında cinayət törətmiş insanların edam edilməsinə qadağa qoyulduğunu bildirərək yazıb:

“Mənim ofisimin dəfələrlə müdaxiləsinə və məsələ ilə bağlı İran hökuməti ilə təmaslarına baxmayaraq, İranda qanun pozuntusuna yol vermiş uşaqların edam edilməsi hələ də davam edir. Bu məsələ həm təsiredici, həm də bu növ addımların qanunsuz olması baxımından utancvericidir”.

Related Articles

Bir cavab yazın

Back to top button