Cəmiyyətİran

BMT İranı bütün məhbusları müvəqqəti azadlığa buraxılmağa çağırıb

Birləşmiş Millətlər Təşkilatı İranda bütün məhbusların müvəqqəti azadlığa buraxılmasına çağırıb.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının İranda insan haqları üzrə xüsusi reportajında bildirilib.

Cenevrədə jurnalistlərə açıqlama verən Cavid Rəhman koronavirusun ölkədə yayılmasına görə İranın ölkədə siyasi məhbusları saxlamağa davam etməsinin “kədərli və nigaranedici bir həqiqət” olduğunu vurğulayıb.

“Həm ikili vətəndaş, həm də xarici məhbuslar indiyədək koronavirusa yoluxmayıblarsa, həbsxanada hələ də risk altındadır. Onlar bu vəziyyətdən həqiqətən qorxurlar”.

Qeyd edək ki, İran hakimiyyəti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə indiyədək 70 min məhbusun mürəxxəsiyə göndərildiyini bildirib. Ancaq həbsdə hələ də çox sayda siyasi, vicdan məhbusu və ya ictimai-insan haqları fəallarının olduğunu açıqlanıb. Bundan öncə həbsdə olan İran-İngiltərə vətəndaşı Nazənin Zağerinin əri Riçard Redklif Evin həbsxanasında onunla telefon danışığından sonra xanımının koronavirusa tutulduğunu ehtimal etdiyini bildirmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button