BölgəCəmiyyət

BMT: İraq təhlükəsizlik qüvvələri nümayişçilərə odlu silahdan atəş açıb

Aznews.tv Birləşmiş Millətlər Təşkilatının 2019-cu il 7 noyabr tarixli məlumatına görə, İraq təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı odlu silah tətbiq edib və onları atəşə tutub.

Birləşmiş Millətlər açıqlama yayaraq iraqlı tərəfləri zorakılığın qarşısını almağa və son hadisələr, eləcə də bir sıra etirazçıların ölümü ilə bağlı şəffaf araşdırma aparmağa çağırıb.

Birləşmiş Millətlər Təşkilatı İraq hökuməti ilə nümayişçiləri ciddi dialoq aparmağa çağırıb.

BMT-nin İraq hökumətini nümayişçilərə qarşı zorakılığı dayandırmağa çağırışı ilə eyni vaxtda, BMT Baş katibi Antonio Quterreş də cümə axşamı yaydığı bəyanatda iraqlı nümayişçilərin sıralarında ölənlərin və yaralananların sayına görə dərin narahatlığını ifadə edərək, zorakılığın dayandırılmasına çağırıb.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close