az

İran və Ermənistan arasında ticarət nümayəndə heyətlərinin mübadiləsi artır

İranın Sənaye nazirinin müavini və Ticarətin İnkişafı Təşkilatının sədri Ermənistanın iqtisadiyyat nazirinin müavini və bu ölkənin Tehrandakı səfiri ilə görüşdə iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və mövcud maneələrin aradan qaldırılmasının vacibliyini qeyd edib.

İranın Sənaye nazirinin müavini və Ticarətin İnkişafı Təşkilatının sədri Ermənistanın iqtisadiyyat nazirinin müavini və bu ölkənin Tehrandakı səfiri ilə görüşdə iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və mövcud maneələrin aradan qaldırılmasının vacibliyini qeyd edib.

“Aznews Tv“İLNA”ya istinadən xəbər verir ki, İranın Ticarətin İnkişafı Təşkilatının iki ölkə arasında ticarətin sadələşdirilməsi üçün gördüyü tədbirlərə toxunan Əlirza Peymanpak, İran-Ermənistan ticarət əlaqələrini inkişaf etdirmək və bu ölkənin Avrasiya İttifaqı ilə ticarətdə üstün mövqeyindən istifadə etmək, o cümlədən İrəvana ticarət müşaviri ezam etmək və burada ticarət mərkəzi açılmasının planlaşdırılması kimi mövcud imkanların əhəmiyyətini qeyd ediblər.

İLNA-nın məlumatına görə, görüşdə Əlirza Peymanpak habelə ticarət nümayəndə heyətlərinin mübadiləsinin artırılması, nazirlərin səfərləri, şirkət və iş adamlarının iki ölkənin sərgilərində fəal iştirakına və iki ölkənin sərhədlərindəki azad ticarət zonalarının imkanlarından istifadə edilməsinin önəminə diqqət çəkib.

Qeyd edək ki, İran hökumətinin işğalçı Ermənistana olan sonsuz “sevgisi” bitmir. Belə ki, hər gün iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin artması bundan xəbər verir. Birinci və ikinci Qarabağ müharibələri dövründə ermənilərə hərtərəfli siyasi, iqtisadi və hərbi dəstəyini əsirgəməyən rəsmi Tehran müharibənin Azərbaycanın zəfəri ilə başa çatmasını heç cür həz edə bilmir, indi isə nə yolla olursa olsun işğalçı dövləti ayaqda tutmağa çalışır və bununla da zəifləmiş və məğlub Ermənistanın artıq bölgədə və dünyada söz sahibinə çevrilmiş gülcü Azərbaycanın qarşısına yenidən çıxa biləcəyi xülyasına qapılır.

Related Articles

Bir cavab yazın

Back to top button