İran

“Human Rights Watch”: İranın hazırkı prezidenti 1967-ci il edamları ilə bağlı mühakimə olunmalıdır

“Human Rights Watch” Təşkilatı araşdırma sənədi yayaraq 1988-ci ildə İranda minlərlə siyasi məhbusun edam edilməsinin insanlığa qarşı cinayət nümunəsi olduğunu bildirib.

“1988-ci ildə İran hakimiyyəti tərəfindən minlərlə siyasi məhbusun kütləvi şəkildə edam edilməsinin insanlığa qarşı cinayət olduğuna dair kifayət qədər sübutlar var”-deyə, təşkilatın yaydığı sənəddə bildirilir.

“Human Rights Watch” yaydığı sənəddə İranın hazırkı prezidenti İbrahim Rəisinin “ölüm heyəti”nin üzvü kimi bu edamlarda rolunu xüsusi vurğulayıb.

Xatırladaq ki, 1988-ci ilin yayında Tehranın Evin və Qohərdəşt həbsxanalarında, Məşhəd, Şiraz, Əhvaz, Təbriz və başqa şəhərlərindəki həbsxanalarda Xomeyninin birbaşa göstərişi ilə və “ölüm heyəti” kimi tanınan dörd nəfərdən ibarət qrup tərəfindən minlərlə siyasi məhbus edam edilib. Qeyd olunan tarixdə edamların dəqiq sayı məlum deyil.

Ancaq “Human Rights Watch”a görə keçmiş İran rəsmilərinin hesablamalarına və insan haqları qrupları və ya İran hökumətinə müxalif qrupların tərtib etdiyi siyahılara əsasən, 32 şəhərdə ən azı 2800-5000 məhbus edam edilib.

Beynəlxalq hüquqa əsasən, “məhkəmədən kənar qətllər və başqa bu kimi qanun pozuntuları mülki əhaliyə qarşı geniş və ya sistemli hücumun tərkib hissəsi kimi insanlığa qarşı cinayət hesab olunur”.

Related Articles

Bir cavab yazın

Back to top button