Site icon Aznews TV

BMT: “Müharibədə Ukraynanın 9 minə yaxın mülki vətəndaşı həlak olub”

Məlumata görə, Ukraynada müharibə zamanı 9 minə yaxın mülki şəxs həlak olub.

Bu barədə aznewstv təşkilatın İnsan Hüquqları üzrə Ali Komissarlığına istinadən xəbər verir.

Qeyd edilir ki, hərbi əməliyyatlar zamanı 8 791 nəfər ölüb, 14 815 nəfər yaralanıb.

İnsanların çoxu geniş miqyaslı məhvedici partlayıcı silahların istifadəsi səbəbindən zərər çəkib. BMT-dən bildirilib ki, real rəqəmlər daha çox ola bilər. Mariupol, İzyum, Lisiçansk, Popasnaya, Severodonetsk kimi gərgin döyüşlərin getdiyi bölgələrdə ölən və yaralananlar barədə məlumat gecikdirilir.

Exit mobile version