Site icon Aznews TV

BMT nümayəndəsi repressiyalara görə İranı qınadı

O, məsələni bir başa hökumət rəsmiləri ilə müzakirə etmək üçün İrana səfər etməyi planlaşdırdığını, ancaq onun bu istəyinə Tehran rəsmilərinin cavab vermədiyini söyləyib.

Folker Türk, bildirib ki, bu səfər reallaşarsa, Tehran hakimiyyətini qadınlara və qızlara qarşı ayrı-seçkiliyi dayandırmağa çağıracaq və onlarla etirazların vəhşicəsinə yatırılması məsələsini müzakirə edəcək.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarı İranın indiyədək iki narazının edam edilməsinə səbəb olan etirazlarla bağlı ölüm hökmünün verilməsi və icrası ilə bağlı xəbərdarlıq edib.

Türk vurğulayıb ki, heç bir halda və qəti şəkildə etirazçılara qarşı ölüm hökmü çıxarılmamalıdır.

Exit mobile version