Site icon Aznews TV

BMT Ukrayna və Suriya üçün toplanır

Sessiya ərzində Ukrayna, Sudan, Əfqanıstan, Suriya, İran, Venesuela, Nikaraqua və digər ölkələrdəki vəziyyətə baxılacaq.

Sözügedən ölkələrdə miqrantların və köçkünlərin hüquqlarının təmin edilməsi müzakirəyə çıxarılacaq.

Sessiyanın ilk günündə BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk dünyada hüquq və azadlıqlar sahəsində vəziyyətə dair illik hesabatını təqdim edəcək. Bu mövzuda müzakirə iyunun 20 və 21-nə nəzərdə tutulub.

Forum iyulun 14-dək davam edəcək.

Qeyd edə ki, İnsan Hüquqları Şurası BMT-nin hökumətlərarası orqanıdır. O, 2006-cı ildə İnsan Hüquqları Komissiyasının varisi kimi yaradılıb.

Exit mobile version