Site icon Aznews TV

BMT və UNICEF nümayəndələri Xoy mahalına səfər ediblər

Bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, onlar zəlzələdən zərər çəkən azərbaycanlılarla görüşüb, onların vəziyyəti ilə tanış olublar.

Qeyd edək ki, yanvarın 28-i Xoy şəhərində baş verən 5.9 bal gücündə zəlzələdə 13200 ev xəsarət alıb, 130 min nəfər çadır düşərgələrində yerləşdirilib.

Zərər çəkənlərin bir çoxu hələ də çadırlarda yaşayır və evlərinin bərpası ilə bağlı vədlər yerinə yetirilməyib.

Exit mobile version