
Aznews.tv “Radiozamaneh” saytına istinadən xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İranın terrorizmə maliyyə dəstəyini dayandırmaq kampaniyasının birgə əzm və səylər tələb etdiyini bildirib.
ABŞ Prezidenti Donald Trampla birlikdə G-7 sammitində iştirak etmək üçün Fransaya səfər edən Ağ Evin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri bazar ertəsi səhər Twitter hesabında yazıb: “Terrorçuluğu maliyyələşdirməyi dayandırmaq, dünyanı sabitsizləşdirmək və beynəlxalq sanksiyaları pozmaqla bağlı İranı dayandırmaq kampaniyası birgə əməkdaşlıq tələb edir”.
Bolton daha sonra bildirib ki, qadağan edilmiş neft “Adrian Darya-1” gəmisi ilə birlikdə Türkiyəyə doğru hərəkət edir və limanda yaxud dənizdə yüklənməsinə icazə verilməlidir.
Qeyd edək ki, Cəbəlüttariqdə saxlanılan “Grace-1” neft tanker sərbəst buraxıldıqdan sonra “Adrian Darya-1” adlanıb. Günlərlə dənizdə qeyri-müəyyən vəziyyətdə qaldıqdan sonra hazırda tanker Türkiyəyə istiqamət götürüb və Türkiyənin cənubundakı Mersin limanına hərəkət edir.
Aznews.tv