DünyaİranSiyasət

Bolton: Trampın Ruhani ilə görüşmək istəyi ABŞ-ın mövqeyinin yumşalması demək deyil

Aznews.tv Azadlıq radiosuna istinadən xəbər verir ki, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri ABŞ prezidenti Donald Trampın iranlı həmkarı Həsən Ruhani ilə Tehranın nüvə proqramı ilə bağlı danışıqlar istəyi “Vaşinqtonun İslam Respublikasına qarşı sərt siyasətinin yumşalması anlamına gəlmədiyini” bildirib.

Ukraynaya səfər edən Con Bolton 5 şəhrivər (avqustun 27-i) Azadlıq Radiosuna ətraflı müsahibəsində Trampın çoxdan “hər kəslə görüşməyə hazır olduğunu” qeyd edib. O bir müzakirəçidir. Bir ticarətçidir”.

“Ancaq onlarla [iranlılarla] danışıqlar aparmaq prezident Tramp üçün [ABŞ] mövqeyinin dəyişdiyi mənasılna gəlmir”.

“Əgər siz prezident Trampın ABŞ diplomatiyası tarixində ən pis sövdələşmə adlandırdığı İranın nüvə sazişi ilə bağlı dediklərinə- faktlara əsaslanan baxışlarıma nəzər yetərsəniz, o Prezident Obamanın buraxdığı səhvləri təkrar etmək niyyətində deyil”,-deyə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri əlavə edib.

Con Bolton qeyd edib: “İranın sadəcə etməməli olduğu işi etməməsi üçün müəyyən iqtisadi imtiyazlar əldə edəcəyi fikri ilk addımda konstruktiv bir yanaşma deyil”.

“Daha sonra hərtərəfli saziş əldə olunarsa, təbii ki, bunun nəticəsində İrana qarşı bütün sanksiyalar ləğv ediləcək”,- deyə o əlavə edib.

ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşaviri vurğulayıb: “İran rejimi belə bir dialoqa hazır olduqda, görüş baş tutacaq”.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button