DünyaİranSiyasət

Boris Conson: İranın destruktiv davranışları onlarla yaxşı əlaqələr qurmağa imkan vermir

Aznews.tv “Amerikanın Səsi” radiosuna istinadən xəbər verir ki, Britaniyanın keçmiş xarici işlər naziri və Baş nazir postuna iki namizəddən biri olan Boris Conson deyib: “İranın destruktiv davranışları onlarla yaxşı əlaqələr qurmağa imkan vermir”.

Heel saytının məlumatına görə, Conson əlavə edib: “Çox təəssüfedicidir ki, İranın  bölgədə dağıdıcı davranışlarını davam etdirməsi mənim bu ölkə ilə arzuolunan səviyyədə əlaqələr qurmağımı çətinləşdirir”.

“Hesab edirəm ki, İran çox maraqlı bir ölkədir, iqtisadi cəhətdən Qərbə inteqrasiya etmək istəyən savadlı gənc əhalisi var”,- deyə Conson əlavə edib.

Qeyd edək ki, çərşənbə günü verilən məlumata görə, İslam İnqilabının Keşikçilər Korpusuna (SEPAH) aid olduğu güman edilən “beş hərbi qayıq” bir Britaniya neft tankerini saxlamağa çalışsalar da, buna nail ola bilməyiblər.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close