DünyaİranSiyasət

Brayan Huk BMT-ni İrana qarşı silah və səyahət sanksiyalarını davam etdirməyə çağırıb

Aznews.tv “Azadlıq” radiosuna istinadən xəbər verir ki, BMT-nin İrana qarşı silah və səyahət sanksiyalarının gələn ilin payızında başa çatacağına toxunan ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi nümayəndəsi Brayan Huk bunun bölgəyə sülh gətirməyəcəyi ilə bağlı xəbərdarlıq edib.

Çərşənbə axşamı, avqustun 20-də mətbuat konfransında Huk Vaşinqtonun İslam Respublikasına qarşı siyasətini açıqlayaraq dünya güclərinin İranla bağladıqları nüvə sazişinin bəzi aspektlərini, o cümlədən yaxın gələcəkdə BMT-nin silah sanksiyalarının müddətinin başa çatacağını qeyd edərək, Dünya Birliyini buna diqqətlə yanaşmağa çağırıb.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının nüvə sazişi ilə bağlı 2231 saylı qətnaməsinə əsasən, BMT-nin İslam Respublikasına qarşı silah sanksiyaları 2020-ci ilin oktyabrında başa çatacaq və İnqilab Keşikçiləri Korpusunun Quds Qüvvələrinin komandiri Qasim Süleymani və daha 22 iranlı kimi şəxslərin səyahətinə qoyulan qadağa da ləğv ediləcək.

ABŞ rəsmisi daha sonra sanksiyaların davam etdirilməsinin zəruriliyini vurğulayıb və ABŞ Dövlət katibi Mayk Pompeonun bu məsələ ilə bağlı çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edəcəyini bildirib.

Çıxışının davamında Brayan Huk Vaşinqtonun İrana qarşı sanksiya tətbiq etməyə davam edəcəyini vurğulayaraq, İslam Respublikasını dünyada terrorizmə dəstək verməkdə bir daha ittiham edib.

O, həmçinin ABŞ sanksiyalarının İranın neft ixracatını “sıfıra endirdiyi” ilə bağlı əminlik ifadə edib.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button