Cəmiyyətİran

Britaniya: İran üzr istəməlidir

İran üzr istəməli və oxşar addımların bir daha təkrarlanmayacağına zəmanət verməlidir.

Bu sözləri Britaniyanın Xarici İşlər naziri Dominik Rab ölkəsinin Tehrandakı səfirinin saxlanılmasına münasibət bildirərkən deyib. O, bu hadisənin beynəlxalq hüquq və qanunların açıq şəkildə pozulması adlandırıb.

“Londonun Tehrandakı səfirinin saxlanılması əsassız və beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir. Bu hadisəyə cavab olaraq İranın Londondakı səfiri Həmid Bəidinejadı Xarici İşlər Nazirliyinə çağırdıq. İran üzr istəməli və bu kimi addımların bir daha təkrarlanmayacağına zəmanət verməlidir. Beynəlxalq camiənin reaksiyasından və dəstəyindən məmnunuq, Vyən Konvansiyonuna əsasən bütün diplomatlar xüsusi haqlara sahibdir. İran rejimi iki yol ayrıcındadır; İran tədricən daha çox siyasi və iqtisadi unzuvaya doğru gedə bilər; ancaq başqa seçim də var və rejimin seçim haqqı var. İndi İranın diplomatiyanı və sülh yolu seçməsinin vaxtıdır”.

Sonda Britaniya Xarici İşlər naziri beynəlxalq tərəflərlə Tehranda Ukrayna təyyarəsinin qəzaya uğraması ilə bağlı müstəqil və şəffaf araşdırma aparılmasının vacibliyini vurğulayıb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close