Dünyaİran

Britaniya: İrandakı etirazlar həqiqi ümumi narazılığı göstərir

İrandakı etirazlar İran rejiminin rəsmilərindən həqiqi ictimai narazılıq olduğunu göstərir.

Bu sözləri Britaniyanın baş naziri Boris Canson NATO-nun Londonda keçirilən konfransından sonra mətbuat konfransında deyib. O, bu etirazlardan təəccüblənmədiyini bildirib:

“Məncə, baş verənlər yanacağın qiymətinin artması nəticəsində deyildi. Bu etirazlar İran rejiminin rəsmilərindən həqiqi ictimai narazılığın olduğunu göstərir. Səmimi deyirəm, bu etirazlar məni heç də təəccübləndirmədi. İranın bölgədə yaratdığı iğtişaşlar diqqəti İran rejiminin uğursuzluqlarından yayındırmaq hədəfi ilə edilir”.

Conson Suriya müharibəsində iştirak edən Britaniya vətəndaşları haqqında da danışıb:

“Əgər insanlar Suriyaya savaşmaq üçün gediblərsə, Britaniya qanunlarını pozub, vətəndaşlıq haqlarından imtina ediblər”.

 

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close