
Aznews.tv Azadlıq radiosuna istinadən xəbər verir ki, Britaniyanın xarici işlər naziri noyabrın 5-də İranın nüvə sazişi çərçivəsində “öhdəliklərini azaltmaq” qərarını bu razılaşmanın “pozulması” və Britaniyanın milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirib.
Dominik Rob deyib: “İranın yeni hərəkəti nüvə sazişinin kobud şəkildə pozulması və milli təhlükəsizliyimizə təhdiddir”.
O əlavə edib: “Biz konstruktiv beynəlxalq danışıqlar yolu ilə bir həll yolu tapmağın tərəfdarıyıq, Lakin İran öz öhdəliklərinə əməl etməli və dərhal öhdəliklərinin vaxtında yerinə yetirilməsinə qayıtmalıdır”.
İran prezidenti Həsən Ruhani çərşənbə axşamı Tehranın nüvə sazişi çərçivəsində əməl etməli olan “öhdəliklərini azaltmaq” məqsədilə dördüncü addıma start verdiyini elan edib.
Aznews.tv