DünyaİranSiyasət

Britaniya Körfəzə daha bir döyüş gəmisi göndərib

Aznews.tv BBC-yə istinadən xəbər verib ki, Britaniyanın Müdafiə naziri Körfəz və Hörmüz Boğazına gəmi təhlükəsizliyini təmin etmək üçün bölgəyə daha bir döyüş gəmisini göndərdiyini açıqlayıb.

Bu, ötən ay Britaniyanın Stena Impero tankerinin Hörmüz boğazında ələ keçirildikdən sonra  Körfəz və Oman dənizinə göndərilən üçüncü Britaniya döyüş gəmisidir və həm də neft ixracı üçün vacib dəhliz sayılan bölgənin beynəlxalq sularında sərbəst gəmi daşımalarının təmin edilməsi missiyasını daşıdığı deyilir.

Tehran və London arasındakı gərginlik Cəbəllütariqdə İranın neft tankerinin saxlanılması və ardınca Hörmüz Boğazında Britaniyaya aid neft tankerinin ələ keçirilməsindən sonra artıb.

“Biz Britaniya bayrağının dalğalandığı dünyanın istənilən nöqtəsində sərbəst gəmiçilik fəaliyətini təmin etmək üçün lazımı addımlar atacağıq”, – deyə Britaniyanın Müdafiə naziri Ben Uollas  avqustun 24-ü bildirib.

Bölgəyə ezam edilən hərbi gəmi HMS  Dancen donanmasını əvəzləyəcəyi bildirilən HMS Diffender gəmisi adlanır. Bu, Körfəzinə ezam edilən üçüncü Britaniya döyüş gəmisidir.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button