Site icon Aznews TV

Britaniya Rusiya təyyarələrini öz səmasına girdiyinə görə cəzalandıracaq

Bu barədə Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şapps bildirib.

“Mən hər hansı Rusiya təyyarəsinin Böyük Britaniyanın hava məkanına daxil olmasını cinayət hesab edirəm və hökumət indi həmin təyyarələri saxlaya bilər”, – deyə nazir bildirib.

Böyük Britaniya öz hava məkanını Rusiya təyyarələri üçün bağlayan ilk ölkələrdən biri olub. Bu, fevralın 25-nə keçən gecə baş verib.

Avropa İttifaqı da fevralın 28-də oxşar məhdudiyyət tətbiq edib. ABŞ, İsveçrə, Moldova, Norveç, Şimali Makedoniya, Kanada və Böyük Britaniya da bu tədbirə əl atıb.

Exit mobile version