Dünya

Britaniya şahzadəsi koronavirusa yoluxub

Britaniya Şahzadə Çarlz koronavirusa yoluxub.

Bu haqda məlumatı Britaniyanın “BBC” nəşri yayıb.

Çox keçmədən Klaurens Hausun mətbuat katibi faktı təsdiqləyib. Mətbuat katibi əlavə edib ki, 71 yaşında olan Uels şahzadəsi yüngül simptomlar nümayiş etdirir, lakin sağlamlığında ciddi bir problem müşahidə olunmur.

“Qardian” nəşrinin iddialarına görə, hökumətin məsləhətlərinə əsasən şahzadə Şotlandiyadakı evində karantindədir.

Məlumata görə, testlər Aberdeenşirdəki NHS Səhiyyə və Sosial Baxım Tərəfdaşlığı tərəfindən aparılıb.

Şahzadə Çarlz Kraliça Elizabeti son dəfə martın 12-də görüb. Bukinqham Sarayından verilən məlumata görə, Kraliçanın sağlamlığı qaydasındadır.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close