BölgəİranSiyasət

Britaniya üçüncü hərbi gəmisini Körfəzə göndərib

Aznews.tv “Euronews”a istinadən xəbər verir ki, bazar ertəsi Britaniya ticarət gəmilərinin təhlükəsizliyini təmin etməyə çalışan ABŞ-ın rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulmaq üçün “HMS Kent”adlı daha bir hərbi gəmisini Körfəzə göndərdiyini bildirib.

Bir həftə əvvəl Britaniyanın Müdafiə naziri Ben Uollas ölkəsinin bu hərbi koalisiyaya üzv olduğunu rəsmi şəkildə açıqlayıb: “Hörmüz Boğazında beynəlxalq həll yolu əldə etmək üçün biz ABŞ və digər müttəfiqlərimizlə işimizi davam etdirəcəyik”.

Hərbi gəminin komananı Endi Brovn da bildirib: “Körfəzdə əsas məqsədimiz mövcud gərginliyin səviyyəsini azaltmağa çalışmaqdır. Ancaq bununla yanaşı, dənizi naviqasiya azadlığını qorumağa və beynəlxalq daşımaların təhlükəsizliyini təmin etməyə sadiqik”.

Qeyd edək ki, hərbi dəniz koalisiyasının yaradılması məsələsi Britaniyanın iyulun 2-də Cəbəlüttariqdə İranın “Grace-1” neft tankerini saxladıqdan sonra aktuallaşıb və buna cavab olaraq İslam İnqilabının Keşikçiləri Korpusu  iyulun 6-da Britaniyanın “Steno Impero” neft tankerinin Hörmüz Boğazında hərəkətə davam etməsinin qarşısını alıb.

Daha əvvəl iyulun əvvəlində də Britaniya Körfəzə HMS Montrose və HMS Duncana adlı iki hərbi gəmi göndərib.

 

Aznews.tv

Tags
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button