BölgəDünyaSiyasət

Britaniya xarici işlər nazirinin müavini İrandan tankerlərə hücumu dayandırmağı tələb edib

Tehrana səfər edən Britaniya xarici işlər nazirinin Yaxın Şərq üzrə müavini Endro Morrison deyib ki, İran “neft tankerlərinə hücumu dayandırmalıdır”.

Aznews.tv BBC-yə istinadən xəbər verir ki, Britaniya Xarici İşlər Nazirliyinin rəsmisi Tehrana səfərinin İran rəsmiləri ilə “açıq və konstruktiv dialoq üçün əhəmiyyətli bir imkan” kimi qiymətləndirərək deyib: “Neft tankerlərinə hücuma görə İranın məsuliyyət daşıdığı”na “demək olar ki, əmindir” və o Britaniya rəsmilərinin İranın bölgədəki hərəkətləri ilə bağlı narahatlığını ifadə edib”:

Gərginliyi azaltmaq üçün “böyük bir yanlış hesablama riski olan bu addımlar dayandırılmalıdır”.

“Buna da aydınlıq gətirdim ki, Britaniya beynəlxalq tərəfdaşları ilə yanaşı gərginliyi azaltmaq üçün diplomatik yol tapmaqda rol oynayacaq”.

Morrisonun sözlərinə görə, Britaniyan nüvə sazişini qorumaqda qərarlıdır. O, həmçinin Nazənin Zağeri Rotklifin azadlığa buraxılması üçün İran rəsmiləri ilə danışıqlar aparıb.

Aznews.tv

 

 

Related Articles

Bir cavab yazın

Back to top button