
“ANT”xəbər verir ki, bu barədə Şotlandiya polisinin bəyanatında deyilir.
Qeyd olunub ki, 31, 34 və 42 yaşlı üç qadın Edinburqda mikroavtobusu biznes binasının xarici hasarına vurduqdan sonra 2000-ci il “Terrorizm qanunu”na əsasən saxlanılıblar.
Polis Şotlandiyanın Terrorla Mübarizə Bölməsinin araşdırma apardığı vurğulayıb: “Biz bunu məqsədyönlü hadisə kimi qiymətləndiririk. Biz ictimaiyyət üçün hər hansı təhlükənin olduğuna inanmırıq”.
Qeyd olunur ki, hadisə iyulun 15-də baş verib.
Xatırladaq ki, müdafiə şirkəti İsraili lazer yönləndirmə sistemləri ilə təmin edir.