İran

Britaniyadan xəbərdarlıq: “Atom müzakirələri təhlükəli dalana dirənmək üzrədir”

Böyük Britaniyanın xarici işlər naziri Liz Truss İranla 4+1 ölkələri arasında Vyanada 2015-ci il atom anlaşmasını dirçəltmək üçün aparılan danışıqların təhlükəli dalana yaxınlaşdığı barədə xəbərdarlıq edib.

“Aznews tv” xəbər verir ki, o, bu gün ölkəsinin parlamentinə bildirib ki, bu, təcili müzakirə olsa da, irəliləyiş lazımi sürətdə baş verməyib.

XİN başçısı əlavə edib ki, ölkəsi müttəfiqləri ilə yaxın əməkdaşlığa davam edir, lakin danışıqlar təhlükəli dalana dirənmək üzrədir.

“İran hazırda razılaşma imzalamaq, ya anlaşmanın tamamilə qüvvədən düşməsinə görə məsuliyyət daşımaq istəməsi arasında seçim etməlidir. Əgər 2015-ci il anlaşması tam olaraq aradan qalxarsa, bütün digər variantlar masa üzərindədir”, – deyə Liz Truss rəsmi Tehrana xəbərdarlıq edərək fikrini tamamlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button