BölgəCəmiyyət

Britaniyalı snayper terrorçunu rekord məsafədən məhv edib

Britaniyanın SAS qrupuna aid snayper Əfqanıstanda 2,4 kilometr məsafədən terorrçu-kamikadzeni məhv edib.

Aznews.tv xəbər verir ki, bu indiyədək qeydə alınan ən uzaq məsafə rekordudur.

Veteran-çavuş terrorçunu 50 kalibrlik Barrett Light  tüfənginin vasitəsi ilə məhv edərək onlarca mülki şəxsi, o cümlədən uşaqları ölümdən xilas edib.

Qeyd edək ki, müşahidədə duran əsgərlər içində böyük həcmdə partlayıcı vasitə olan yük maşını görüblər.

Onlar yük maşınına şəhərdən çıxmağa imkan veriblər.

Avtomobil yaşayış məntəqəsini tərk edən kimi, snayperə terrorçunu məhv etmək əmri verilib.

Terrorçunu məhv etdikdən sonra snayper yük maşının mühərrikinə iki atəş açaraq onu dayandırmağa müvəffəq olub.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button