İran

Firdovsi Universitetinin rektoru: “Təhsil haqqının artması təəccüblü deyil”

Məşhədin Firdvosi Danişqahının rəisi Məhəmməd Kafi Şəhrivər ayının 12-də, “təhsil sahəsində işçi qüvvəsinin xərcləri ortalama yüzdə 30 artıb. Elə buna görə də təbii olaraq, danişqahın şəhriyyəsinin yüzdə 10-15 artımı olmalıdır”, – deyib.
Kafinin sözlərinə görə, danışqah öz xərclərinin bir hissəsini təmin etməli bir danışqahdır. Bu səbəbdən xərclər artdıqca şəhriyyələr də artır. “Ümumiyyətlə, şəhriyyələr ildən ilə artır. Ötən ilə müqayisədə bu il az artıb”, – deyə o əlavə edib.
Məhəmməd Kafi xarici öyrəncilərin danişqaha cəzbi barədə də məlumat verib. “Keçən il 29 ölkədən öyrəncimiz var idi. Amma korona şəraitinə görə indi beynəlmiləl öyrənclərimizin çoxu qonşu ölkələrdəndir. Ötən il uzaqgörənliyimiz bu olmuşdu ki, Afriqa ölkələrindən öyrənci cəlb edək. Amma hazırda vurus şəraitinə görə çalışırıq ki, məcazi öyrənclərimiz olsun”, – deyə artırıb

Related Articles

Bir cavab yazın

Back to top button