
Doğu Azərbaycanın İqtisadi və Mali Baş İdarəsinin rəisi Əliəsğər Abbaszadə başqa sınır əyalətləri ilə müqayisədə Doğu Azərbaycanda yüzdə 50-ni aşan təvərrümün səbəbləri haqda açıqlama verib.
“İSNA” ajansı xəbər verir ki, o, abanın 11-də verdiyi açıqlamasında deyib: “Dövlətin bütün pul və maliyyə siyasətinin təsirini əyalətimizdə görmək olar və əyalətdə yüksək təvərrümün səbəblərindən biri də elə budur”.
İranda yüksək təvərrümün səbəblərinin fərqli olduğunu vurğulayan Abbaszadə artırıb: “Təvərrümlə bağlı araşdırmalar göstərir ki, dünyada bununla bağlı dörd önəmli nəzəriyyə var: pul, tələbat basqısı, xərc basqısı və quruluş (saxtar) basqısı”.
Doğu Azərbaycanın ölkədə təvərrüm sıralamasına görə 6-7-ci yerdə olduğunu qeyd edən Əliəsğər Abbaszadə deyib: “Sərnişin axınına görə qonşu ölkələr tez-tez yüksək təvərrümlə üzləşirlər. Habelə həmişə yüksək təvərrümlə üz-üzə qalan İlam əyaləti iqtisadiyyatı zəif olduğu və yüksək mal tələbatına cavab verə bilmədiyi üçün bu məsələdə birinci sırada yer alıb”.





