Cəmiyyətİran

Bu əyalətdə mobil internet hələ də bərpa edilməyib

Sistan və Bəluçistandakı mobil internet əlaqəsi hələ də bərpa edilməyib.

Bu barədə Sistan və Bəluçistanın valisinin siyasi və sosial məsələlər üzrə müavini Əli Zeynivənd məlumat verib.

İran mediası 7 ustanda mobil internetin bərpası ilə bağlı məlumat versə də, Zeynivənd ustanda mobil internetin bərpa edilmədiyini bildirib, münasib şəraitin təmin edilməli olduğunu qeyd edib:

“İnternet ustanda elmi, akademik, tibb və xidmət mərkəzlərində aktivdir.  Ancaq əyalətdə mobil internet hələ də aktivləşdirilməyib. Ötən gün Qərbi Azərbaycan, Xorasan Rzavi, Lorestan, Mazandaran, Gilan, Kirman və Kürdüstan ustanlarında mobil İnternet bərpa edildi. Hazırda İranın cəmi 31 ustanından 25 ustanının mobil internet bağlantısı bərpa olunub. Sistan-Bəlucistan ustanı və 5 digər ustanın internet bağlantısı hala qurulmayıb”.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close