İran

Nensi Pelosi: “Xameneyinin dedikləri önəmli deyil, onun Rusiyaya verə biləcəyi silahlar önəmlidir”

Amerika Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi İran lideri Əli Xameneyinin Ukraynadakı müharibə ilə bağlı son açıqlamalarına münasibət bildirib.

Xameneyinin Rusiyanın Ukraynaya təcavüzünü müdafiə edən bəyanatları barədə sualları cavablandıran Pelosi Əli Xameneyi və Vladimir Putin arasındakı dostluğun təəccüb doğurmadığını söyləyib.

“Avtokratlar arasında dostluq heç də təəccüblü deyil.

Heç kim Xameneyini sərhədlərə və insanlara hörmət edən biri kimi tanımır. Onların aralarındakı münasibət iki avtokratın münasibətidir, bizim nə düşündüyümüz önəmli deyil, önəmli olan onların hərəkətləridir”-deyə Amerika Konqresinin Nümayəndələr Palatasının spikeri bildirib.

Qeyd edək ki, Xameneyi iyulun 19-da Tehranda Putinlə görüşdə Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyib və buna görə məmnun olduğunu ifadə edib.

“Ukrayna məsələsində, siz təşəbbüs göstərməsəydiniz, qarşı tərəf öz təşəbbüsü ilə müharibəyə səbəb olacaqdı.
Əgər NATO Ukraynada dayandırılmasaydı, bir müddət sonra Krımı bəhanə edərək eyni müharibəyə başlayardılar”-deyə, İranın rəhbəri bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button