İranSağlıq & Yaşam

Bu, böyrək çatışmazlığından əziyyət çəkənlərin yükünü artırır

Müalicə xərclərinin ağır olması böyrək çatışmazlığından əziyyət çəkənlərin yükünü artırır. Dializ xəstələri dərmanların əldə etməsində problemləri olmasa da, dərmanların qiymətində 100 – 200 faiz artım onların vəziyyətini olduqca çətinləşdirib.

Aznews.tv “İRNA” xəbər agentliyinə istinadən xəbər verir ki, bu sözləri “Böyrək Xəstələrinə Dəstək Əncüməni”nin direktoru Məhəmməd Rza Təhmasibi deyib.

“Böyrək xəstəliyindən əziyyət çəkən insanların əksəriyyəti kasıb insanlardır. Bundan əlavə onlarda ürək çatışmazlığı, tənəffüs problemi və qanda şəkərin artması problemi də var. Bir çox analizlərdən keçməli və dərman qəbul etməlidirlər. Bacardığımız qədər belə az təminatlı xəstələrə yardım göstəririk. Belə ki, xəstəxanalara müraciət edən xəstələrin xərclərinin 50 – 100 faizi Əncümən hesabına ödənilir. Son zamanda yaranan iqtisadi çətinliklər onsuz da çətin vəziyyətdə olan dializ xəstələrinin vəziyyətini çox çətinləşdirib, bəzən imkansız olduqları üçün müəyyən müddət dərman istifadə edə bilmirlər. Xüsusilə, dializ və böyrək köçürmə əməliyyatı keçirən xəstələrin müalicə xərcləri olduqca ağır olur. Əncümən tərəfindən göstərilən köməkliklər olmasa bir çox xəstələr belə ağır xərclərin öhdəsindən gələ bilməyəcək və daha ağır vəziyyətlə üzləşə bilərlər”, deyə Təhmasibi dializ xəstələrini vəziyyətindən danışıb.

Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button