Site icon Aznews TV

Bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür

“ANT” xatırladır ki, 146 il öncə – 1875-ci il ju’nin 22-də oçağın oyanış hərəkatının görkəmlilərindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.
“Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və milli mətbuatının ilk təməl daşını qoyub, cəmi 56 nömrəsi çıxan qəzet millətin güzgüsü oldu, Azərbaycan jurnalistliyinin bayraqdarına çevrildi.
Sonrakı illərdə aydın düşüncəlilər tərəfindən yayılan “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi. Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçdi. Azərbaycan Xalq Cümhuriyyəti çağında azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu. ANT adından bu bayramıdünya çapında bütün əməkdaşlarımızı təbrik edirik.

Exit mobile version