AzərbaycanCəmiyyət

Bu gün Azərbaycanda Parlament seçkiləri keçirilir

Milli Məclisə növbədənkənar seçkilərdə səsvermə mərhələsi başlayıb.

Saat 08:00-da bütün seçki məntəqələri qapılarını seçicilərin üzünə açıb.

Səsvermə prosesinə Mərkəzi Seçki Komissiyasında və məntəqə seçki komissiyalarında Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə start verilib.

Qeyd edək ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə ümumilikdə 5573 seçki məntəqəsində keçirilir.

Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib, onlardan 1637 nəfərin namizədliyi qeydə alınıb. Deputatlığa namizədliyi qeydə alınanlardan 321 nəfər namizədliyini geri götürüb, MSK iki nəfərin deputatlığa namizədliyini ləğv edib.

Hazırda Milli Məclisdə 125 deputat mandatı uğrunda 1314 namizəd mübarizə aparır. Deputatlığa namizədlərin 79 faizi kişi, 21 faizi qadındır. Seçkilərdə 19 siyasi partiyanın nümayəndələri namizəd kimi qeydə alınıb.

Ümumilikdə 1000 məntəqədə (bütün məntəqələrin 18%-i) veb-kameralar quraşdırılıb.

Səsəvermə günü 5 milyon 329 min 460 seçici məntəqələrə gələrək bu hüququndan istifadə edəcək. Seçicilərin səsvermə hüququnu reallaşdırması üçün 5 milyon 387 min 600 ədəd bülleten çap edilib.

Parlament seçkilərini izləmək üçün 77 790 yerli, 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Seçki məntəqələri saat 19:00-da axırıncı seçici məntəqəni tərk etdikdən sonra bağlı elan olunacaq. Bundan sonra səslərin sayılması prosesi başlayacaq.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close