Site icon Aznews TV

Bu gün Azərbaycan xalqının böyük siyasi xadimi Heydər Əliyevin anım günüdür

Heydər Əliyev Güney Azərbaycanın inkişafı üçün mühüm tədbirlər görüb. Onun təşəbbüsü nəticəsində Güney Azərbaycan ərazisində televiziya və radio verilişlərinin yayımının əhatə dairəsinin artırılması, həmçinin İranda Azərbaycan filmləri festivalı, Azərbaycan SSR-də isə İran filmləri festivalı keçirilmişdir.

Heydər Əliyev Güney Azərbaycanda yaşayan gənclərin Azərbaycan SSR-də təhsil almalarına çalışıb. 2 iyun 1981-ci ildə Azərbaycan KP MK bürosunun iclasında “Azərbaycan millətindən olan iranlıların Bakı şəhərində ali məktəblərə təhsil almaq üçün qəbul edilmələri barədə” məsələ müzakirə olunduqdan sonra bununla bağlı qərar qəbul edilib.

Heydər Əliyev hakimiyyətə gələn kimi, ilk növbədə, İrana Azərbaycan ədəbiyyatı göndərilməsi işini genişləndirdi. 1970-ci illərin əvvəllərindən etibarən İranda Azərbaycan dilində kitablara olan ehtiyac xeyli artmışdı. Ona görə də “Azərkitab” İrana 5 min nüsxə kitab göndərmək barədə İran naşirləri ilə müqavilə imzaladı.

Heydər Əliyev haqqında Britaniya qəzeti olan “The Times”ın verdiyi məlumata görə, o, gələcəkdə hər iki Azərbaycanın birləşməsinə ümid edirdi.

Exit mobile version