Site icon Aznews TV

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur

İnama görə, bu gün tonqal qalayıb alovun üzərindən tullanmaq daxildə olan ağırlığı və pis niyyətləri odda yandırır.

Od çərşənbəsi günü adət-ənənəyə görə, Güney Azərbaycanda evlər tozdan, təndirlər küldən təmizlənir. Həmin gün evdə ocaq boş qalmamalıdır. Bu gün müxtəlif xörəklər bişirilməli və süfrənin üzərində bütün çərşənbələrdə olduğu kimi, şirniyyatlar olmalıdır. İnsanların inancına görə, süfrənin bərəkətli olması ilin sevinc dolu keçməsinə səbəb olur.

Exit mobile version