Azərbaycanİran

Şərqi Azərbaycanda Əfqanıstan vətəndaşlarının işə götürülməsi qadağandır

Şərqi Azərbaycanın Əməkdaşlıq, Əmək və Sosial Rifah üzrə Baş Direktoru Hüseyn Fəthi Əfqanıstan vətəndaşlarının Təbriz və vilayətin digər şəhərlərində işləmələri üçün hər hansı icazəni rədd edib:

“Şərqi Azərbaycan əyalətində Əfqanıstan vətəndaşlarına səyahət etmək və işləmək qadağası qoyulub. Bu günə qədər Əfqanıstan vətəndaşlarının vilayətdə işləməsi üçün heç bir icazə verilməmişdir və bu məsələ qanuni olaraq qadağandır”.

Əyalətdə əcnəbi vətəndaşların istənilən işlə məşğul olması üçün lisenziya və məşğuliyyət icazəsi tələb olunduğunu vurğulayan Hüseyn Fəthi, sözlərinə belə davam edib:

“Xarici ölkə vətəndaşları üçün iş icazəsi yalnız ixtisaslaşmış şəxslərə və xüsusi hallarda verilir və bu, Əfqanıstan vətəndaşlarına aid edilmir. Təbriz və Şərqi Azərbaycanın digər şəhərlərində Əfqanıstan vətəndaşlarının işlə təmin olunması üçün heç bir icazə verilmir”.

Related Articles

Bir cavab yazın

Back to top button